Neft Daşları
Воскресенье, 22.10.2017, 22:02
Меню сайта

Категории раздела
Görkəmli neftçilər

Вход на сайт

Поиск

Друзья сайта
  • Нефтяные камни
  • Ищите Бога в себе!
  • Истина где-то рядом
  • heydarov.blogspot.com
  • qeydarov.wordpress.com
  • Программы автоматчика и метролога
  • Геноцид азербайджанцев в Ходжалы

  • Статистика

    Главная » Статьи » Görkəmli neftçilər

    Mixail Pavloviç Kaveroçkin (1904-1957)
    Sosialist Əməyi Qəhrəmanı, Dövlət Mükafatı Laureatı Mixail Pavloviç Kaveroçkin əmək fəaliyyətinə qazıma briqadasında fəhlə kimi başlamış, tezliklə vışkaçı, qazmaçı köməkçisi, qazmaçı olmuşdur. Dəniz neft yataqlarının perspektivliyini nəzərə alaraq DMK-nin yeni qərarına uyğun olaraq 1947-ci ildə Bakıda Dəniz Qazıma Tresti yaradıldı. Bu trestin Buzovnada yenidən yaradılmış kontoruna daxil olan ilk qazma ustalarından biri 1945-ci ildə ordudan mürəxxəs olunan M.P. Kaveroçkin olmuşdur. Mərdəkan-dənizdə 3 №-li quyunun qazэlmasэ ona həvalə edildi. Mərdəkan neft sahəsində quyunun qazılmasını başa çatdırdıqdan sonra 1946-cı ildə Gürgən-dəniz sahəsinin kəşfiyyatına başlayan briqada burada 1946-1949-cu illər ərzində bir neçə neft quyusunun qazılmasını başa çatdırdı. Gürgən-dəniz sahəsində əldə olunmuş uğurlar dəniz kəşfiyyatçılarını sonrakı axtarışlara həvəsləndirdi. Onlar ardıcıl olaraq Çilov adasında, Qriqorenko Daşlarında, Qarabatdaq Daşı adasında, o cümlədən Darvin b., Andryevskidə, (şimali Artyom adası) axtarışlar apardılar. Kəşfiyyatın dəniz sahələrinin bir sırasında aparılmasına baxmayaraq, geoloqların diqqətini daha çox Cənub-Şərqi Çilov adasının 22 km yerləşən, sualtı qaya silsilələri ilə əhatə olunmuş kiçik ada - Neft Daşları cəlb edirdi. Geoloqların əldə etdikləri nəticələr o qədər səmərəli və inandırıcı idi ki, artıq 1948-ci ildə dərin kəşfiyyat quyusunun əsasının qoyulmasının zəruriliyi haqda məsələ qaldırıldı. 1948ci ilin dekabrında yeni sahələrin hazırlanma kontorunun direktoru B.M. Poşinin rəhbərliyi ilə adaya inşaatçıların briqadası gəldi və qazma üçün bütün tikinti işlərini vaxtından əvvəl başa çatdırdılar. Artıq qazıma işlərinə başlamaq olardı, lakin qazıma kontorunun və dəniz qazma trestinin rəhbərliyi gözlənilmədən yeni çətinluklərlə üzləşdi. Çətin hidrometeoroloji şərait, adanın materikdən çox uzaqda yerləşməsi, buruğun və briqadanın lazımi avadanlıqlarla, materiallarla, su və ərzaq məhsulları ilə təchiz olunmasında meydana çıxacaq çətinliklər və əlbəttə ki, aşağı əmək haqqı qazımaçıları qorxudurdu. Dənizi sonsuz məhəbbətlə sevən, qazma texnologiyasına yaxşı bələd olan, Kaveroçkin briqadanın üzvləri ilə asanlıqla ümumi dil tapırdı. Şərait çətinləşdikcə, onun da işə marağı bir o qədər artırdı. Elə bunun nəticəsi idi ki, M. Kaveroçkinin Neft Daşlarına birinci kəşfiyyat quyusuna usta təyin olunması haqda əmr verildi. 1949-cu ilin ilk günlərində tanınmış usta Kaveroçkinin briqadası adaya yaxınlaşdı və qayalar evdə məskunlaşdı. Ağır, gərgin əməklə dolu bir neçə ay keçdi. Quyunun qazılması başa çatmaq üzrə idi. Quyunun dibindən götürülmüş süxur nümunələri briqadanı, geoloqları və bütün dəniz kəşfiyyatçılarını sevindirdi. Balta dərinə getdikçə quyudan götürülən süxurlar bir o qədər neftlə zəngin olurdu. Yeni kəşfiyyat quyularının planı hazırlanır, bu zəngin sahənin işlənmə planı qurulurdu. Gərgin əmək, böyük iradə qüvvəsi hesabına başa gələn qələbə axır ki əldə olundu. 1 quyu güclü neft fontanı vurdu. Ilk quyunun qazılmasından 8 il sonra 1957-ci ilin yaddaşlara həkk olunan qışına qədər briqada çoxlu kəşfiyyat quyusu qazmışır. 1957-ci il noyabrın 22-də fırtınalı gecədə güclü dalğalara tab gətirməyərək dağılan dəniz özülü özünün nəhəng metal hissələri altında növbədə olan Kaveroçkinin briqadasını - Süleyman Bağırovu, Nikolay Duplixini, İbrahim Sadıqovu, Məmməd Muradovu, Bala Mirzəyevi və başqalarını əbədi sükuta qərq etdi. O vaxt Mixail Pavloviç Kaveroçkinin 53 yaşı vardı.
    Категория: Görkəmli neftçilər | Добавил: uneft (11.08.2011)
    Просмотров: 366 | Рейтинг: 0.0/0
    Copyright MyCorp © 2017
    Хостинг от uCoz