Neft Daşları

Меню сайта

Друзья сайта
  • Программы автоматчика и метролога
  • Ищите Бога в себе!

  • Статистика

    Главная » Статьи » Görkəmli neftçilər

    Baba Qurbanqulu oğlu Babazadə (1911-1962)
    Görkəmli geoloq-neftçi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR EA müxbir-üzvü Babazadə Baba Qurbanqulu oğlu, 1929-cu ildə Sənaye texnikumunu, 1934-cü ildə Azərbaycan Sənaye institutunu bitirərək geoloji-kəşfiyyat ixtisası üzrə dağ mühəndisi adı almışdır. ''Əzizbəyovneft'' neftçıxarma trestinin perspektivli yaradıldığı Qala kəşfiyyat meydançasında istehsalat məktəbi keçərək gənc mühəndis tezliklə böyük mütəxəssisə, neft işinin rəhbərinə çevrilmişdir. 1945-ci ildə B.Q. Babazadə ''Azneft'' birliyinin baş geoloqunun müavini, 1948-ci ildə isə baş geoloqu təyin edilir, daha sonra ''Azərneftkəşfiyyat'' birliyinə baş geoloq, Azərbaycan neft sənayesi nazirliyinin baş geoloqu vəzifəsində çalışmışdır. B.Q. Babazadənin adı ilə Azərbaycan heft tarixinin Buzovna-Məştağa, Zirə, Qaradağ, Əmirxanlı-Zığlı, Mişovdağ, Qalmaz yataqlarının, Neft Daşlarının şimal qanadının, Qum adası. Cənub və s. Kəşfi sıx bağlıdır. O, Sovetlər İttifaqının ilk heftçiləri içərisində Lenin ordeni və ''Oraq və Çəkiç'' qızıl medalı, üç dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, ona Dövlət mükafatı laureatı adı verilmişdir.
    Категория: Görkəmli neftçilər | Добавил: uneft (11.08.2011)
    Просмотров: 529 | Рейтинг: 0.0/0
    Copyright MyCorp © 2018
    Хостинг от uCoz