Neft Daşları
Воскресенье, 22.10.2017, 21:59
Меню сайта

Категории раздела
Görkəmli neftçilər

Вход на сайт

Поиск

Друзья сайта
  • Нефтяные камни
  • Ищите Бога в себе!
  • Истина где-то рядом
  • heydarov.blogspot.com
  • qeydarov.wordpress.com
  • Программы автоматчика и метролога
  • Геноцид азербайджанцев в Ходжалы

  • Статистика

    Главная » Статьи » Görkəmli neftçilər

    Süleyman Azad oğlu Vəzirov (1910-1973)
    Süleyman Azad oğlu Vəzirov (Azərbaycan neft sənayesinin ilk naziri) (1910-1973)

    Ölkənin qocaman neftçisi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Əməkdar elm və texnika xadimi. SSRİ Dövlət mükafatı laureatı Süleyman Azad oğlu Vəzirov 1928-ci ildə Azərbaycan Politexnik institutuna dağ-mədən fakultəsinə daxil olmuşdur. Onun bu ixtisası seçməsinə ''Azneft'' birliyinin baş mühəndisi Fətullabəy Rüstəmbəyovun böyük təsiri olmuşdur. 1932-ci ildə istitutu bitirdikdən sonra S.A. Vəzirov ''Artyom'' adasına göndərilmiş, burada o, əvvəl istismar üzrə mühəndis, daha sonra iriləşdirilmiş grupun müdiri işləmişdir. 1935-1937-ci illərdə ''Molotovneft'' trestində mədən müdirinin müavini, 1937-1940-cı illərdə ''Kaganoviçneft'' trestinin baş mühəndisi vəzifəsində çalişmişdır. Özünə və tabeliyində olanlara qarşı tələbkarlıg, əməksevərlik, insanlarla iş görmək qabiliyyəti onun 1940-cı ildə o vaxt bütün geoloji kəşfiyyat işləri, gazıma, neftçıxarma və emal, habelə iri tikinti təşkilatlarını özündə birləşdırən ''Azneftkombinat''a baş mühəndis vəzifəsinə irəli çəkilməsinə səbəb olmuşdur. O zaman çıxarılan bütün neftin və hasil olunan neft məhsullarının verən neft kombinatının texniki rəhbəri olmagla S.A. Vəzirov öz biliyini, enerjisini və təcrübəsini Azərbaycan neft sənayesinin daha da inkişafına, neft elmi və nailiyyətlərinin, əməyin və istehsalatın yeni formalarının istehsalata tətbig edilməsinə yönəldirdi. O, 1948-1949-cu illərdə SSRİ Neft sənayesi nazirliyində texniki idarənin rəis müavini vəzifəsində çalışmışdır. Müharibə illərində Azərbaycanda neft cıxarılması əhəmiyyətli dərəcədə aşağı düşdüyündən, kaşfiyyat gazımalarının həcmi azaldığından neft hasilatının səviyyəsini yüksəltmək zəruri idi. Respublika hökümətini zəmanəti ilə SSRİ Nazirlər Soveti 1954-cü ildə Azərbaycan SSR Neft sənayesi nazirliyi yaratdı. Neft naziri S.A. Vəzirov təyin edildi. Görülmüş tədbirlər sayasində Qaradağ, Kürovdağ, Mişovdağ, Zirə, Qalmaz, Qum Adası, Palçıq təpəsi neft və qaz kondensat yataqları aşkar edildi, Neft Daşlarıyatağı əhəmiyyətli dərəcədə genişləndirildi. Quruda və dənizdə kəşfiyyat işlərinin həcmi artırıldı. S.A. Vəzirov geniş dünyagörüşə və ensiklopedik birliyə malik idi. 1958-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədri vəzifəsinə irəli çəkilmiş, 1959-cu ildə Azərbaycan SSR Xalq təsərrüfatı Şurasının sədri olarkən o respublika sənayesinə rəhbərlik etmiş, sənaye istehsalı həcminin artması kömək etmişdir. S.A. Vəzirovun xidmətləri hökümət tərəfindəndən yüksək qiymətləndirmişdir. O, 5 dəfə Lenin, 6 dəfə Qırmızı Əmək Bayrağı ordeni və bir çox medallarla təltif olunmuşdur.
    Категория: Görkəmli neftçilər | Добавил: uneft (11.08.2011)
    Просмотров: 520 | Рейтинг: 0.0/0
    Copyright MyCorp © 2017
    Хостинг от uCoz