Neft Daşları
Воскресенье, 22.10.2017, 21:59
Меню сайта

Категории раздела
Görkəmli neftçilər

Вход на сайт

Поиск

Друзья сайта
  • Нефтяные камни
  • Ищите Бога в себе!
  • Истина где-то рядом
  • heydarov.blogspot.com
  • qeydarov.wordpress.com
  • Программы автоматчика и метролога
  • Геноцид азербайджанцев в Ходжалы

  • Статистика

    Главная » Статьи » Görkəmli neftçilər

    Neftçi Qurban (1926-1994)
    Xalq arasında ''Neftçi Qurban'' adı ilə məşhur olan Qurban Abbasqulu oqlu Abbasov 1926-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildə ''Artyomneft'' trestində fəhlə kimi başlayan Qurban Abbasov, sonra ''Azərneft'' Birliyinin qazma idarəsində qazmaçı, buruq ustası, ''Gürgənneft'' NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləyib. 1951-ci ildə 25 yaşlı qazmaçı usta Qurban Abbasov alim, geoloq, mühəndislərlə birgə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülüb. O, 9 dəzgahı olan sahəyə rəis təyin olunur. Həmin sahədə hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olub. 1958-ci ildə o, Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilib. 1967-1980-cı illərdə - ''Xəzərdənizneftkəşfiyyat'' trestinin müdiri, ''Xəzərdənizneft'' İB-nin baş direktor müavini, ''Neft Daşları'' NQÇİ-nin rəisi, 1980-1983-ci illərdə - ''Xəzərdənizneftqazsənaye'' ÜİB-nin baş direktoru, 1988-1992-ci illərdə ''Xəzərdənizneft'' İB-nin baş direktoru, 1992-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Şirkətinin baş müşaviri vəzifələrində çalışmışdır. Q.A. Abbasov açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biridir. ''Şelf-1'' tipli yarımdalma Üzən qazıma qurğularının Xəzər dənizi şəraitində mənimsənilməsində onun xüsusi xidmətləri olmuşdur. Bu qurğular 200 metrlik dəniz dərinliyində işləyə bilmiş, Kaveroçkin adına (indiki ''Çıraq'' yatağı) yatağı kəşf etməyə və yeni dərin perspektivli strukturlarda kəşfiyyat işləri aparmağa imkan yaratmışdır. Q.A. Abbasovun bilavasitə rəhbərliyi altında dərin dəniz stasionar özüllərin inşasının istehsalat bazası yaradılmış, Xəzər dənizinin dərin sahələrində stasionar özüllərin quraşdırma işlərinin prinsipcə yeni üsulu işlənib hazırlanmışdır. ''Günəşli'', ''Çıraq'', ''Azəri'', ''Kəpəz'' və s. iri yataqların kəşf edilməsində onun xidmətləri misilsiz olmuşdur. Ölkə qarşısında böyük xidmətlərinə görə SSRİ-nin fəxri neftçisi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı, Azərbaycan SSR Əməkdar mühəndisi adlarına layiq görülmüş, 2 dəfə Lenin, Qırmızı Əmək Bayrağı, ''Şərəf Nişanı'', ''Oktyabr İnqilabı'' ordenləri və medalları ilə təltif edilmişdir. Neftçi Qurban özünün dənizdəki iş fəaliyyətinin 50 illik yubileyini qeyd edərkən Azərbaycanın ən yüksək mükafatını - Şöhrət ordenini alan ilk neftçi olmuşdur. Azərbaycan xalqı öz əfsanəvi qəhrəmanın adını əbədiləşdirmək üçün üzən krana ''Neftçi Qurban'' adı vermişdir, Lökbatan qəsəbəsində onun adını Mədəniyyət sarayı, küçə, məktəb, körpü daşıyır. Tələbə və aspirantlar üçün ''Neftçi Qurban'' təqaüdü təsis edilmişdir.
    Категория: Görkəmli neftçilər | Добавил: uneft (11.08.2011)
    Просмотров: 449 | Рейтинг: 0.0/0
    Copyright MyCorp © 2017
    Хостинг от uCoz