Neft Daşları
Воскресенье, 22.10.2017, 21:51
Меню сайта

Категории раздела
Görkəmli neftçilər

Вход на сайт

Поиск

Друзья сайта
  • Нефтяные камни
  • Ищите Бога в себе!
  • Истина где-то рядом
  • heydarov.blogspot.com
  • qeydarov.wordpress.com
  • Программы автоматчика и метролога
  • Геноцид азербайджанцев в Ходжалы

  • Статистика

    Главная » Статьи » Görkəmli neftçilər

    Ağa Qurban oğlu Əliyev (1911-1997)
    Görkəmli neftçi-geoloq, bacarıqlı istehsalat təşkilatçısı. Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Fəxri neftçisi, SSRİ dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor Ağa Qurban oğlu Əliyev 1936-cı ildə Azərbaycan Sənaye institutunu bitirmiş, neft və qaz yataqları geologiyasıvə kəşfiyyatı üzrə mühəndis-geoloq ixtisasına yiyələnmişdir. Gənc geoloqun təyinatı Suraxanı rayonundakı ''Kaqanoviç'' NMİ-yə verilmiş və tezliklə baş geoloq vəzifəsinə təyin olunmuşdur. Az müddətdə böyük bacarığa, güclü daxili enerjiyə malik olan Ağa Qurban oğlu Əliyev özünün təşəbbüskarlığı ilə hər yerdə tanınmağa başlanmışdır. 1945-ci ildə dəniz kəşfiyyatının xüsusi tresti yaradılarkən dənizdə geoloji kəşfiyat işlərinə rəhbərlik Ağa Qurban oğlu Əliyevə tapşırılmışdır. Geologiya-mineralogiya elmləri doktoru və Azərbaycan Respublikasının əməkdar mühəndisi olan A.Q. Əliyev apardığı geoloji tədqiqatlar nəticəsində Abşeron və Bakı arxipelaqları sahəsində neft və qaz yataqlarının proqnozunu vermiş və geoloji axtarış və kəşfiyyat işlərinin harada aparılmasını əsaslandırmışdır. Əfsanəvi Neft Daşlarının kəşfçisi Ağa Qurban oğlu Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Xəzər dənizində bir sıra neft və qaz yataqları aşkar edilmişdir ki, bunlardan ''Neft Daşları'', ''Gürgən-dəniz'', ''Qum adası'', ''Bahar'' və başqalarını göstərmək olar, Küryanı vilayətdə isə ''Kürovdağ'', ''Mişovdağ'', ''Qalmas'', ''Qarabağlı'', ''Kürsəngə'', ''Kəlaməddin'' və Abşeron yarımadasında ''Şabandaq'', ''Qaradaq'', ''Qaraçuxur'' neft və qaz yataqları kimi 20-yə yaxın-zəngin neft və qaz yataqları açılmışdır. ''Neft Daşları''nın kəşfindən sonra bu böyük antiklinal xəttin üstündəki Neft Daşlarının ardınca ''Günəşli'', ''Çıraq'', ''Azəri'', ''Kəpəz'' kimi böyük ehtiyata malik neft yataqları aşkar olunmuşdur. Ağa Qurban oğlu Əliyev həqiqətən böyük müəllimdir və heç vaxt neft geologiyası sahəsində təkcə tədqiqatlar aparmaqla kifayətlənmişdir. O, istehsalatda rəhbər vəzifədə çalışmaqla bərabər həm də neftçi mütəxəssislərin hazırlanmasına qayğı göstərmişdir. Indiki Neft Akademiyasında düz 20 il pedaqoji fəaliyyətlə məşğul olması neftimizin sabahını düşünməyin məsuliyyətindən irəli gəlmişdir. 1966-cı ildə professor A.Q. Əliyev Azərbaycan Dövlət Neft Sənaye Elmi Tədqiqat Layihə İnstitutuna baş geoloq-direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunmuşdur. O zamanlar bu institut böyük nüfuza malik idi və onun direktoru akademik Ə.Ə. Əlizadə idi. Bu iki alimin rəhbərliyi altında neft yataqlarının kəşfiyyatı və işlənməsi üzrə böyük elmi əhəmiyyət kəsb edən bir sıra tədqiqat işləri aparılmışdır. A. Əliyevin şəxsən özünün neft və qaz yataqlarında flüidlərin yerləşmə qanuna uyğunluqlarına həsr etdiyi tədqiqatlar həm nəzəri, həm də təcrübə baxımdan görkəmli neft alimlərinin böyük marağına səbəb olmuşdur. Ağa Qurban müəllimin 150-dən çox elmi əsəri və 3 monoqrafiyası çap olunmuşdur. Görkəmli alimin səyi, bacarığı və böyük xidmətləri nəticəsində çoxlu gənc elmi kadrlar hazırlanmışdır. Onun rəhbərliyi altında 15 nəfər geologiya-mineralogiya elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişlər. Zəngin istehsalat təcrübəsi, təşkilatçılıq bacarığı, elmipedoqojifəaliyyəti, geniş dünyagörüşü professor A.Q. Əliyevi böyük alimlərin və geoloqların sırasına çıxartmışdır. Alimin neftvə qaz geologiyası sahəsində çoxşaxəlielmi xidmətləri, habelə hərtərəfli içtimai fəaliyyəti iki Qırmızı Əmək Bayrağı, ''Şərəf Nişanı'' ordenləri ilə, SSRİ Dövlət Mükafatı laureatı və dörd Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə yüksək qiymətləndirilmişdir. A.Q. Əliyev iki çağrış Azərbaycan SSR Ali Sovetinin həm də Rəyasət heyəyinin üzvü olmuşdur. S. Orucov, Y. Səfərov və başqaları ilə birgə Neft Daşlarına gələn ''desant''lardan olan Ağa Qurban oğlu Əliyev ömrünün 60 ildən çoxunu neft və qaz yataqlarının kəşfinə və səmərəli işlənməsinə sərf etmişdir ki, bu da közəl insanın, peşəkar bir neftçinin, öz sənətini sevməsinin və ondan zövq almasının parlaq bir nümenəsidir.
    Категория: Görkəmli neftçilər | Добавил: uneft (11.08.2011)
    Просмотров: 464 | Рейтинг: 0.0/0
    Copyright MyCorp © 2017
    Хостинг от uCoz