Neft Daşları
Воскресенье, 19.11.2017, 02:03
Меню сайта

Вход на сайт

Поиск

Архив записей

Друзья сайта
  • Нефтяные камни
  • Ищите Бога в себе!
  • Истина где-то рядом
  • heydarov.blogspot.com
  • qeydarov.wordpress.com
  • Программы автоматчика и метролога
  • Геноцид азербайджанцев в Ходжалы

  • Статистика

    Главная » 2017 » Ноябрь » 10 » Daşqın İskəndərov: "2 milyardıncı ton neftin hasil edilməsi böyük hadisədir"
    23:17
    Daşqın İskəndərov: "2 milyardıncı ton neftin hasil edilməsi böyük hadisədir"
    Azərbaycanda hasil olunan neftin qeydiyyata başlandığı 1871-ci ildən 2 mlrd. ton neft hasil olunmaq üzrədir. 
    Bu münasibətlə bu gün keçirilən tədbirdə SOCAR-ın "Azneft" İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov bildirib: "2 milyardıncı ton neftin hasil edilməsi böyük tarixi hadisədir".
    O, Azərbaycanda neft hasilatı tarixinin qədim olduğunu xatırladaraq qeyd edib ki, indi böyük nailiyyətlərə imza atılaraq işlər davam etdirilir: "1971-ci ildə Azərbaycanda 1 milyardıncı ton neft hasil olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra 700 mln. ton neft hasil olunub. Bu həcmin 460 mln. tonu "Azəri-Çıraq-Günəşli" blokundan və "Şahdəniz" yatağından konsorsium tərəfindən, qalanı isə (240 mln.ton) SOCAR tərəfindən hasil edilib. Bunda da "Azneft" İB-nin kollektivinin böyük əməyi var".
    D.İskəndərov çıxışında insan kapitalının inkişafından da danışaraq bildirib ki, hazırda "Azneft" İB-də SOCAR-ın xarici təqaüd proqramı ilə təhsil almış 70-ə yaxın gənc çalışır.
    Birlik rəhbəri "Azneft"in qarşısında bundan sonra da görüləcək böyük işlər olduğunu əlavə edib: "Yeni yataqların açılmasına, hasilatın artırılmasına nail olmalıyıq".
    Просмотров: 4 | Добавил: uneft
    Copyright MyCorp © 2017
    Хостинг от uCoz