Neft Daşları
Понедельник, 11.12.2017, 23:41
Меню сайта

Вход на сайт

Поиск

Архив записей

Друзья сайта
  • Нефтяные камни
  • Ищите Бога в себе!
  • Истина где-то рядом
  • heydarov.blogspot.com
  • qeydarov.wordpress.com
  • Программы автоматчика и метролога
  • Геноцид азербайджанцев в Ходжалы

  • Статистика

    Главная » 2014 » Ноябрь » 8 » Əfsanəvi Neft Daşlarının 65 illik yubileyi
    18:22
    Əfsanəvi Neft Daşlarının 65 illik yubileyi

    ARDNŞ prezidenti və onu müşayiət edən şəxslər xalqımızın ümummilli lideri Heydər Əliyevin "Neft Daşları”nda ucaldılmış abidəsini ziyarət edərək, Ulu öndərin xatirəsini dərin ehtiramla yad etmiş və abidənin önünə əklil qoymuşlar. Sonra "Neft Daşları” yatağını kəşf etmiş əfsanəvi neftçi-geoloq Ağaqurban Əliyevin xatirəsi yad edilmiş, onun büstü önünə çiçək dəstələri qoyulmuşdur. Nümayəndə heyəti 1957-ci il noyabrın 20-də Xəzəri fəth edərkən həlak olmuş neftçilərin və Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhid neftçilərin abidələrini də ziyarət etmiş, şanlı tariximizdə əbədi yer almış qəhrəmanların xatirəsini ehtiramla yad etmişdir.

    ARDNŞ rəhbərliyi "Neft daşları” Qaz-Separasiya Məntəqəsi ilə "28 May” NQÇİ-nin Lay Təzyiqinin Saxlanılması Sexi arasında yeni tikilmiş estakadanın açılışında iştirak etmişdir. Bildirilmişdir ki, uzunluğu 1515 metr olan estakadanın tikintisi 2010-cu ilin iyul ayında başlanmış və bu ilin noyabrında başa çatdırılmışdır. Tikinti işləri "Neftqaztikinti” tresti tərəfindən aparılmışdır. Yeni estakada vasitəsilə "28 May” NQÇİ-nin SKS-2 sıxıcı kompressor stansiyasına və Neftin İlkin Hazırlanması və Nəqli sahəsinə neft və qaz xətləri gedir.

    Sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin digər nümayəndələri "Neft Daşları”nın 65 illiyinə hərs olunmuş təntənəli tədbirdə iştirak etmişlər. Əvvəlcə noyabrın 6-da "Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində baş vermiş bədbəxt hadisə zamanı həlak olan şəxslərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan "Azneft” İB-nin baş direktoru Daşqın İsgəndərov "Neft Daşları”nın inkişaf yolu haqqında ətraflı məlumat vermiş, yatağın kəşf olunması, işlənilməsi tarixindən danışmış, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən yeni neft strategiyası çərçivəsində qazanılmış nailiyyətlərdən söz açmışdır. Bu nailiyyətlərdə ARDNŞ-nin və "Azneft” İB-nin rolu qeyd edilmişdir. "Neft Daşları”nda hasilatın artırılması və stabilləşdirilməsi, infrastrukturun yenilənməsi istiqamətində görülən işlər, Birliyin qarşısında duran vəzifələr barədə məlumat verilmişdir.

    ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında 6 noyabr 2014-cü il tarixli Sərəncamı ilə tədbir iştirakçılarını tanış etmişdir.

    ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev tədbirdə geniş nitq söyləmişdir. Rövnəq Abdullayev 65 il əvvəl dünya neft sənayesinin tarixində ilk dəfə olaraq dəniz akvatoriyalarında neft hasilatına başlanılmasının əsasının məhz Azərbaycanda - "Neft Daşları” yatağının kəşfi ilə qoyulmasının böyük qürur hissi verdiyini qeyd etmiş, neftçiləri və bütün xalqımızı bu əlamətdar gün münasibəti ilə təbrik etmiş, onlara yeni-yeni uğurlar arzulamışdır. ARDNŞ prezidenti fədakar neftçilərimizin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulamış, neft-qaz sənayesinin inkişafını, neftçilərimizin fəaliyyətini daim diqqət mərkəzində saxladığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan neft-qaz sənayesinin, "Neft Daşları”nın inkişafının uzun bir dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. 40 il əvvəl, Neft Daşlarının 25 illik yubileyində Ulu öndərin neftçilər qarşısında qoyduğu vəzifələr və istiqamətlər müstəqil Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsi üçün müstəsna əhəmiyyət kəsb edən "Günəşli”, "Çıraq”, "Azəri” və digər yataqların kəşfi ilə nəticələndi. Ulu öndər Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, "Yeni neft strategiyasının maddi və elmi təməli də məhz Neft Daşları ilə qoyulmuşdur”. "Neft Daşları”nın işlənilməsinin perspektivlərinın hələ də böyük olduğunu qeyd edən Rövnəq Abdullayev möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi, bu yatağın bundan sonra da uzun illər Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsinə ləyaqətlə xidmət edəcəyini vurğulamışdır. Sonda ARDNŞ prezidenti bütün Azərbaycan xalqını əlamətdar yubiley münasibəti ilə təbrik etmiş, Xəzərin qəhrəman fatehlərinə daha böyük uğurlar arzulamışdır.

    Sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə "Əməkdar mühəndis” fəxri adı verilmiş Daşqın İsgəndərova, "Şöhrət” ordeni ilə təltif edilmiş Zabit Əhmədova, "Tərəqqi” medalı ilə təltif edilmiş Alik İslamov, Balaəmi Cəfərov, Tacəddin Məcidov və başqalarına, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif edilmiş Elmira Ramazanovaya yüksək dövlət mükafatlarını təqdim etmişdir.

    ARDNŞ prezidentinin müvafiq əmri ilə "Neft Daşları”nın 65 illiyi münasibəti ilə əlaqədar "Azneft” İB, Geofizika və Geologiya İdarəsi, Kompleks Qazma İşləri Tresti, "Neftqaztikinti” tresti, Nəqliyyat İdarəsi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanması üzrə bir qrup işçiyə ARDNŞ-nin fəxri fərmanları təqdim olunmuşdur.

    ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə təltif olunanları təbrik etmiş, neft-qaz sənayesi işçilərinin əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir. O, Azərbaycanın dinamik inkişafında Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış qalibiyyətli neft strategiyasının müstəsna rol oynadığını, qəhrəman neftçilərimizin bu strategiyanın uğurla həyata keçirilməsinə misilsiz töhfə verdiklərini qeyd etmişdir. Xoşbəxt Yusifzadə "Neft Daşları” ilə bağlı xatirələrini bölüşmüş, bu yatağın işlənilməsinə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, "Neft Daşları” yatağı hələ uzun müddət ölkədə neft hasilatının dayağı olacaqdır.

    Təltif olunan neftçilər adından çıxış edən Zabit Əhmədov və Əhəd Abuyev, "Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov əməklərinə verilən qiymətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, "Neft Daşları” yatağının potensialından daha geniş istifadə ediləcəyini, neftçilərin yatağın işlənməsi istiqamətində daha əzmlə çalışacaqlarını, qarşıya qoyulan vəzifələri layiqincə və vaxtında yerinə yetirəcəklərini bildirmişlər.

    -İki sahil
    Просмотров: 461 | Добавил: uneft
    Copyright MyCorp © 2017
    Хостинг от uCoz