Neft Daşları
Воскресенье, 22.10.2017, 21:56
Меню сайта

Вход на сайт

Поиск

Архив записей

Друзья сайта
  • Нефтяные камни
  • Ищите Бога в себе!
  • Истина где-то рядом
  • heydarov.blogspot.com
  • qeydarov.wordpress.com
  • Программы автоматчика и метролога
  • Геноцид азербайджанцев в Ходжалы

  • Статистика

    Главная » 2012 » Март » 29 » ARDNŞ prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağında, Neft Daşlarında və Çilov adasında olmuşdur
    23:01
    ARDNŞ prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağında, Neft Daşlarında və Çilov adasında olmuşdur

    14 Mart 2012 tarixdə ARDNŞ prezidenti Rövnəq Abdullayev "Günəşli” yatağında, Neft Daşlarında və Çilov adasında olmuşdur.
    Martın 14-də ARDNŞ prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri ''Azneft'' İstehsalat Birliyinin dənizdəki müəssisələrinə səfər etmişlər. ARDNŞ prezidenti əvvəlcə "Günəşli” yatağındakı 4 saylı dərin dəniz özülündə (DDÖ) olmuşdur.
    Burada yeni inşa olunmuş kompressor stansiyasına baxış keçirilmişdir. Şirkət prezidentinə məlumat verilmişdir ki, kompressor stansiyasının əsas məqsədi, digər platformalardan 4 №-li DDÖ-yə gələn alçaq təzyiqli qazların hazırlanması, sıxılması və qurudularaq Neft Daşlarında yerləşən 2 saylı Sıxıcı Kompressor Stansiyasının girişinə nəql edilməsindən, "Günəşli” yatağının özüllərarası kəmərlərində təzyiqin aşağı salınmasından ibarətdir. Qazkompressoru qurğusu iki pilləli kompressorlardan ibarətdir. Hər bir turbin mühərrikinin gücü 13,4 MBT, hər bir kompressorun gündəlik məhsuldarlığı 2 milyon kubmetr, stansiyanın gündəlik ümumi məhsuldarlığı isə 4 milyon kubmetrdir. Həmçinin qeyd olunmuşdur ki, kompressor stansiyasının iki hissədən ibarət modulları Zığ tikinti quraşdırma sahəsində yığılmışdır. R.Abdullayev bu stansiyanın istismara verilməsi ilə alçaq təzyiqli səmt qazlarının yığılaraq, ümumi sistemə ötürülməsi və atmosferə atılan qazların minimuma endirilməsi baxımından mühüm nailiyyət əldə olunduğunu bildirmişdir. Şirkət rəhbəri 4-cü özüldə inşasına yeni başlanılmış qazlift kompressor stansiyasında tikinti işlərinin gedişi ilə də tanış olmuş, müvafiq strukturlara tapşırıqlar vermişdir.

    Sonra Neft Daşlarına gələn ARDNŞ prezidenti və onu müşayiət edən şəxslər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Neft Daşlarında inşa edilmiş lay sularının təmizlənməsi və utilizasiyası qurğusunun açılışı olmuşdur. R.Abdullayev obyektin açılışını bildirən rəmzi lenti kəsdikdən sonra avtomatik idarəetmə sistemindən qurğunu işə salmışdır. Qurğu haqqında Şirkət rəhbərinə məlumat verilmiş, bildirilmişdir ki, burada gündə 2700 kubmetr həcmində lay suları neft və qumdan təmizlənərək ''Neft Daşları'' NQÇİ-nin 88A, 88, 89, 150 və 170 nömrəli estakadayanı meydançalarındakı 9 ədəd utilizasiya quyusuna vurulur. Qurğunun quraşdırılması üçün layihə-smeta sənədləri ''Neftqazelmitədqiqatlayihə'' institutu tərəfindən hazırlanmış, tikinti-quraşdırma işləri 2010-cu ilin mart ayından 2011-ci ilin iyul ayınadək davam etdirilmişdir. Lay sularının təmizlənməsini ekoloji baxımdan yüksək qiymətləndirən R.Abdullayev görülmüş işlərdən razılığını bildirmişdir. ARDNŞ rəhbərliyi Neft Daşları yatağının kəşf olunmasında müstəsna xidmətlər göstərmiş görkəmli geoloq Ağaqurban Əliyevin yeni qoyulmuş barelyefi ilə tanış olmuş, abidənin önünə gül dəstələri qoyulmuş, korifey neftçinin xatirəsi yad edilmişdir.
    Daha sonra ARDNŞ rəhbərliyinin nümayəndələri Çilov adasında "28 May” NQÇİ-nin əməkçiləri üçün yeni tikilmiş 4 saylı yataqxananın açılışında iştirak etmişlər. Rəmzi qırmızı lenti kəsildikdən sonra yataqxana sakinləri qarşısında çıxış edən R. Abdullayev yataqxananın tikintisinin müvəffəqiyyətlə başa çatdığını söyləmiş və yataqxana sakinlərini xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Şirkət rəhbəri yataqxananın otaqlarını gəzərək burada növbə ilə işləyən neftçilərin istirahəti və asudə vaxtının təşkili üçün yaradılmış şəraitlə tanış olmuşdur. ARDNŞ prezidenti Çilov adasında Elmi-tədris istehsalat işləri sexinin yeni inşa edilmiş laboratoriya binasına da baş çəkmişdir. Laboratoriyanın otaqlarına baxış keçirən Şirkət prezidentinə neft analizi, qaz analizi və su analizi otaqlarında quraşdırılmış Yaponiya və Almaniya istehsalı olan müasir avadanlıqlar haqqında ətraflı məlumat verilmişdir.
    Səfərinin sonunda "28 May” NQÇİ-nin əsaslı təmirdən sonra istifadəyə yeni verilmiş inzibati binasına gələn ARDNŞ prezidenti Rövnəq Abdullayev burada şirkət rəhbərliyi təmsilçilərinin, habelə idarə və müəssisə rəhbərlərinin iştirakı ilə istehsalat müşavirəsi keçirmişdir.

    Просмотров: 828 | Добавил: uneft
    Copyright MyCorp © 2017
    Хостинг от uCoz