Neft Daşları
Понедельник, 11.12.2017, 23:43
Меню сайта

Вход на сайт

Поиск

Архив записей

Друзья сайта
  • Нефтяные камни
  • Ищите Бога в себе!
  • Истина где-то рядом
  • heydarov.blogspot.com
  • qeydarov.wordpress.com
  • Программы автоматчика и метролога
  • Геноцид азербайджанцев в Ходжалы

  • Статистика

    Главная » 2011 » Сентябрь » 25 » ARDNŞ prezidenti Neftçilər günü münasibəti ilə bayram tədbirlərində iştirak etmişdir
    13:13
    ARDNŞ prezidenti Neftçilər günü münasibəti ilə bayram tədbirlərində iştirak etmişdir
    Sentyabrın 20-də ARDNŞ prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri neft sənayesi işçilərinin peşə bayramı – "Neftçilər günü” münasibəti ilə keçirilən tədbirlər çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasında olmuş və Bakının Qaradağ rayonunda Şirkətin Sosial İnkişaf İdarəsinin "Neftçi” İdman Sağlamlıq Mərkəzinin Təlim İdman Bazasının mehmanxanasının əsaslı təmirdən sonra açılışında iştirak etmişlər. Mərkəzi Nefçilər Xəstəxanasında Otorinolorinqologiya şöbəsinin palatalarına baş çəkən ARDNŞ prezidenti burada müalicə olunan neftçilərin səhhəti ilə maraqlanmışdır. Bayram münasibəti ilə onları səmimi təbrik edən Rövnəq Abdullayev ən xoş arzularını bildirmiş, onlara bayram hədiyyələri təqdim etmişdir. Neftçilər göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Sonra ARDNŞ prezidenti və onu müşaiyət edən şəxslər "Neftçi” İdman-Sağlamlıq Mərkəzinin Qaradağda yerləşən Təlim İdman Bazasının mehmanxanasının əsaslı təmirdən sonra açılış mərasimində olmuşlar. ARDNŞ prezidenti rəmzi qırmızı lenti kəsdikdən sonra binaya baxış keçirmiş, otaqları gəzərək yaradılmış şəraitlə tanış olmuşdur. Ona məlumat verilmişdir ki, sahəsi 4600 kvadratmetr olan mehmanxana 3 mərtəbə və 28 otaqdan ibarətdir. İdmanla məşğul olan gənclərin istirahəti üçün burada hər bir şərait yaradılmışdır. Birinci mərtəbədə inzibati otaqlarla yanaşı yeməkxana, akt zalı və konfrans zalı fəaliyyət göstərir. Şirkət prezidentinə Qaradağ Təlim İdman Bazasının yeni nailiyyətləri haqqında da geniş məlumat verilmişdir. Qeyd edilmişdir ki, bazada futbol, yüngül atletika, tennis, şahmat, güləş, boks, voleybol və idmanın digər növlərinin inkişafı üçün hər bir şərait vardır. ARDNŞ prezidenti Rövnəq Abdullayev idmançıları və Qaradağ Təlim İdman Bazasının kollektivini açılış münasibəti ilə təbrik etmiş, bundan sonra da idmanın inkişafına diqqət və qayğı ilə yanaşacağını bildirmişdir.
    Просмотров: 900 | Добавил: uneft
    Copyright MyCorp © 2017
    Хостинг от uCoz