Нефтяные камни - Главная страница

Главная страница

[ Добавить новость ]

ARDNŞ prezidenti və onu müşayiət edən şəxslər xalqımızın ümummilli lideri Heydər Əliyevin "Neft Daşları”nda ucaldılmış abidəsini ziyarət edərək, Ulu öndərin xatirəsini dərin ehtiramla yad etmiş və abidənin önünə əklil qoymuşlar. Sonra "Neft Daşları” yatağını kəşf etmiş əfsanəvi neftçi-geoloq Ağaqurban Əliyevin xatirəsi yad edilmiş, onun büstü önünə çiçək dəstələri qoyulmuşdur. Nümayəndə heyəti 1957-ci il noyabrın 20-də Xəzəri fəth edərkən həlak olmuş neftçilərin və Qarabağ uğrunda döyüşlərdə həlak olmuş şəhid neftçilərin abidələrini də ziyarət etmiş, şanlı tariximizdə əbədi yer almış qəhrəmanların xatirəsini ehtiramla yad etmişdir.

ARDNŞ rəhbərliyi "Neft daşları” Qaz-Separasiya Məntəqəsi ilə "28 May” NQÇİ-nin Lay Təzyiqinin Saxlanılması Sexi arasında yeni tikilmiş estakadanın açılışında iştirak etmişdir. Bildirilmişdir ki, uzunluğu 1515 metr olan estakadanın tikintisi 2010-cu ilin iyul ayında başlanmış və bu ilin noyabrında başa çatdırılmışdır. Tikinti işləri "Neftqaztikinti” tresti tərəfindən aparılmışdır. Yeni estakada vasitəsilə "28 May” NQÇİ-nin SKS-2 sıxıcı kompressor stansiyasına və Neftin İlkin Hazırlanması və Nəqli sahəsinə neft və qaz xətləri gedir.

Sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin digər nümayəndələri "Neft Daşları”nın 65 illiyinə hərs olunmuş təntənəli tədbirdə iştirak etmişlər. Əvvəlcə noyabrın 6-da "Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində baş vermiş bədbəxt hadisə zamanı həlak olan şəxslərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan "Azneft” İB-nin baş direktoru Daşqın İsgəndərov "Neft Daşları”nın inkişaf yolu haqqında ətraflı məlumat vermiş, yatağın kəşf olunması, işlənilməsi tarixindən danışmış, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən yeni neft strategiyası çərçivəsində qazanılmış nailiyyətlərdən söz açmışdır. Bu nailiyyətlərdə ARDNŞ-nin və "Azneft” İB-nin rolu qeyd edilmişdir. "Neft Daşları”nda hasilatın artırılması və stabilləşdirilməsi, infrastrukturun yenilənməsi istiqamətində görülən işlər, Birliyin qarşısında duran vəzifələr barədə məlumat verilmişdir.

ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında 6 noyabr 2014-cü il tarixli Sərəncamı ilə tədbir iştirakçılarını tanış etmişdir.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev tədbirdə geniş nitq söyləmişdir. Rövnəq Abdullayev 65 il əvvəl dünya neft sənayesinin tarixində ilk dəfə olaraq dəniz akvatoriyalarında neft hasilatına başlanılmasının əsasının məhz Azərbaycanda - "Neft Daşları” yatağının kəşfi ilə qoyulmasının böyük qürur hissi verdiyini qeyd etmiş, neftçiləri və bütün xalqımızı bu əlamətdar gün münasibəti ilə təbrik etmiş, onlara yeni-yeni uğurlar arzulamışdır. ARDNŞ prezidenti fədakar neftçilərimizin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulamış, neft-qaz sənayesinin inkişafını, neftçilərimizin fəaliyyətini daim diqqət mərkəzində saxladığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan neft-qaz sənayesinin, "Neft Daşları”nın inkişafının uzun bir dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. 40 il əvvəl, Neft Daşlarının 25 illik yubileyində Ulu öndərin neftçilər qarşısında qoyduğu vəzifələr və istiqamətlər müstəqil Azərbaycanın iqtisadi qüdrətinin möhkəmlənməsi üçün müstəsna əhəmiyyət kəsb edən "Günəşli”, "Çıraq”, "Azəri” və digər yataqların kəşfi ilə nəticələndi. Ulu öndər Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, "Yeni neft strategiyasının maddi və elmi təməli də məhz Neft Daşları ilə qoyulmuşdur”. "Neft Daşları”nın işlənilməsinin perspektivlərinın hələ də böyük olduğunu qeyd edən Rövnəq Abdullayev möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi, bu yatağın bundan sonra da uzun illər Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsinə ləyaqətlə xidmət edəcəyini vurğulamışdır. Sonda ARDNŞ prezidenti bütün Azərbaycan xalqını əlamətdar yubiley münasibəti ilə təbrik etmiş, Xəzərin qəhrəman fatehlərinə daha böyük uğurlar arzulamışdır.

Sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə "Əməkdar mühəndis” fəxri adı verilmiş Daşqın İsgəndərova, "Şöhrət” ordeni ilə təltif edilmiş Zabit Əhmədova, "Tərəqqi” medalı ilə təltif edilmiş Alik İslamov, Balaəmi Cəfərov, Tacəddin Məcidov və başqalarına, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2014-cü il tarixli Sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif edilmiş Elmira Ramazanovaya yüksək dövlət mükafatlarını təqdim etmişdir.

ARDNŞ prezidentinin müvafiq əmri ilə "Neft Daşları”nın 65 illiyi münasibəti ilə əlaqədar "Azneft” İB, Geofizika və Geologiya İdarəsi, Kompleks Qazma İşləri Tresti, "Neftqaztikinti” tresti, Nəqliyyat İdarəsi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanması üzrə bir qrup işçiyə ARDNŞ-nin fəxri fərmanları təqdim olunmuşdur.

ARDNŞ-nin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə təltif olunanları təbrik etmiş, neft-qaz sənayesi işçilərinin əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirmişdir. O, Azərbaycanın dinamik inkişafında Ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış qalibiyyətli neft strategiyasının müstəsna rol oynadığını, qəhrəman neftçilərimizin bu strategiyanın uğurla həyata keçirilməsinə misilsiz töhfə verdiklərini qeyd etmişdir. Xoşbəxt Yusifzadə "Neft Daşları” ilə bağlı xatirələrini bölüşmüş, bu yatağın işlənilməsinə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, "Neft Daşları” yatağı hələ uzun müddət ölkədə neft hasilatının dayağı olacaqdır.

Təltif olunan neftçilər adından çıxış edən Zabit Əhmədov və Əhəd Abuyev, "Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov əməklərinə verilən qiymətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, "Neft Daşları” yatağının potensialından daha geniş istifadə ediləcəyini, neftçilərin yatağın işlənməsi istiqamətində daha əzmlə çalışacaqlarını, qarşıya qoyulan vəzifələri layiqincə və vaxtında yerinə yetirəcəklərini bildirmişlər.

-İki sahil
Просмотров: 294 | Добавил: uneft | Дата: 08.11.2014

14 Mart 2012 tarixdə ARDNŞ prezidenti Rövnəq Abdullayev "Günəşli” yatağında, Neft Daşlarında və Çilov adasında olmuşdur.
Martın 14-də ARDNŞ prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri ''Azneft'' İstehsalat Birliyinin dənizdəki müəssisələrinə səfər etmişlər. ARDNŞ prezidenti əvvəlcə "Günəşli” yatağındakı 4 saylı dərin dəniz özülündə (DDÖ) olmuşdur.
Burada yeni inşa olunmuş kompressor stansiyasına baxış keçirilmişdir. Şirkət prezidentinə məlumat verilmişdir ki, kompressor stansiyasının əsas məqsədi, digər platformalardan 4 №-li DDÖ-yə gələn alçaq təzyiqli qazların hazırlanması, sıxılması və qurudularaq Neft Daşlarında yerləşən 2 saylı Sıxıcı Kompressor Stansiyasının girişinə nəql edilməsindən, "Günəşli” yatağının özüllərarası kəmərlərində təzyiqin aşağı salınmasından ibarətdir. Qazkompressoru qurğusu iki pilləli kompressorlardan ibarətdir. Hər bir turbin mühərrikinin gücü 13,4 MBT, hər bir kompressorun gündəlik məhsuldarlığı 2 milyon kubmetr, stansiyanın gündəlik ümumi məhsuldarlığı isə 4 milyon kubmetrdir. Həmçinin qeyd olunmuşdur ki, kompressor stansiyasının iki hissədən ibarət modulları Zığ tikinti quraşdırma sahəsində yığılmışdır. R.Abdullayev bu stansiyanın istismara verilməsi ilə alçaq təzyiqli səmt qazlarının yığılaraq, ümumi sistemə ötürülməsi və atmosferə atılan qazların minimuma endirilməsi baxımından mühüm nailiyyət əldə olunduğunu bildirmişdir. Şirkət rəhbəri 4-cü özüldə inşasına yeni başlanılmış qazlift kompressor stansiyasında tikinti işlərinin gedişi ilə də tanış olmuş, müvafiq strukturlara tapşırıqlar vermişdir.

Sonra Neft Daşlarına gələn ARDNŞ prezidenti və onu müşayiət edən şəxslər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmişlər. Neft Daşlarında inşa edilmiş lay sularının təmizlənməsi və utilizasiyası qurğusunun açılışı olmuşdur. R.Abdullayev obyektin açılışını bildirən rəmzi lenti kəsdikdən sonra avtomatik idarəetmə sistemindən qurğunu işə salmışdır. Qurğu haqqında Şirkət rəhbərinə məlumat verilmiş, bildirilmişdir ki, burada gündə 2700 kubmetr həcmində lay suları neft və qumdan təmizlənərək ''Neft Daşları'' NQÇİ-nin 88A, 88, 89, 150 və 170 nömrəli estakadayanı meydançalarındakı 9 ədəd utilizasiya quyusuna vurulur. Qurğunun quraşdırılması üçün layihə-smeta sənədləri ''Neftqazelmitədqiqatlayihə'' institutu tərəfindən hazırlanmış, tikinti-quraşdırma işləri 2010-cu ilin mart ayından 2011-ci ilin iyul ayınadək davam etdirilmişdir. Lay sularının təmizlənməsini ekoloji baxımdan yüksək qiymətləndirən R.Abdullayev görülmüş işlərdən razılığını bildirmişdir. ARDNŞ rəhbərliyi Neft Daşları yatağının kəşf olunmasında müstəsna xidmətlər göstərmiş görkəmli geoloq Ağaqurban Əliyevin yeni qoyulmuş barelyefi ilə tanış olmuş, abidənin önünə gül dəstələri qoyulmuş, korifey neftçinin xatirəsi yad edilmişdir.
Daha sonra ARDNŞ rəhbərliyinin nümayəndələri Çilov adasında "28 May” NQÇİ-nin əməkçiləri üçün yeni tikilmiş 4 saylı yataqxananın açılışında iştirak etmişlər. Rəmzi qırmızı lenti kəsildikdən sonra yataqxana sakinləri qarşısında çıxış edən R. Abdullayev yataqxananın tikintisinin müvəffəqiyyətlə başa çatdığını söyləmiş və yataqxana sakinlərini xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Şirkət rəhbəri yataqxananın otaqlarını gəzərək burada növbə ilə işləyən neftçilərin istirahəti və asudə vaxtının təşkili üçün yaradılmış şəraitlə tanış olmuşdur. ARDNŞ prezidenti Çilov adasında Elmi-tədris istehsalat işləri sexinin yeni inşa edilmiş laboratoriya binasına da baş çəkmişdir. Laboratoriyanın otaqlarına baxış keçirən Şirkət prezidentinə neft analizi, qaz analizi və su analizi otaqlarında quraşdırılmış Yaponiya və Almaniya istehsalı olan müasir avadanlıqlar haqqında ətraflı məlumat verilmişdir.
Səfərinin sonunda "28 May” NQÇİ-nin əsaslı təmirdən sonra istifadəyə yeni verilmiş inzibati binasına gələn ARDNŞ prezidenti Rövnəq Abdullayev burada şirkət rəhbərliyi təmsilçilərinin, habelə idarə və müəssisə rəhbərlərinin iştirakı ilə istehsalat müşavirəsi keçirmişdir.

Просмотров: 676 | Добавил: uneft | Дата: 29.03.2012

Sentyabrın 20-də ARDNŞ prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri neft sənayesi işçilərinin peşə bayramı – "Neftçilər günü” münasibəti ilə keçirilən tədbirlər çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasında olmuş və Bakının Qaradağ rayonunda Şirkətin Sosial İnkişaf İdarəsinin "Neftçi” İdman Sağlamlıq Mərkəzinin Təlim İdman Bazasının mehmanxanasının əsaslı təmirdən sonra açılışında iştirak etmişlər. Mərkəzi Nefçilər Xəstəxanasında Otorinolorinqologiya şöbəsinin palatalarına baş çəkən ARDNŞ prezidenti burada müalicə olunan neftçilərin səhhəti ilə maraqlanmışdır. Bayram münasibəti ilə onları səmimi təbrik edən Rövnəq Abdullayev ən xoş arzularını bildirmiş, onlara bayram hədiyyələri təqdim etmişdir. Neftçilər göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Sonra ARDNŞ prezidenti və onu müşaiyət edən şəxslər "Neftçi” İdman-Sağlamlıq Mərkəzinin Qaradağda yerləşən Təlim İdman Bazasının mehmanxanasının əsaslı təmirdən sonra açılış mərasimində olmuşlar. ARDNŞ prezidenti rəmzi qırmızı lenti kəsdikdən sonra binaya baxış keçirmiş, otaqları gəzərək yaradılmış şəraitlə tanış olmuşdur. Ona məlumat verilmişdir ki, sahəsi 4600 kvadratmetr olan mehmanxana 3 mərtəbə və 28 otaqdan ibarətdir. İdmanla məşğul olan gənclərin istirahəti üçün burada hər bir şərait yaradılmışdır. Birinci mərtəbədə inzibati otaqlarla yanaşı yeməkxana, akt zalı və konfrans zalı fəaliyyət göstərir. Şirkət prezidentinə Qaradağ Təlim İdman Bazasının yeni nailiyyətləri haqqında da geniş məlumat verilmişdir. Qeyd edilmişdir ki, bazada futbol, yüngül atletika, tennis, şahmat, güləş, boks, voleybol və idmanın digər növlərinin inkişafı üçün hər bir şərait vardır. ARDNŞ prezidenti Rövnəq Abdullayev idmançıları və Qaradağ Təlim İdman Bazasının kollektivini açılış münasibəti ilə təbrik etmiş, bundan sonra da idmanın inkişafına diqqət və qayğı ilə yanaşacağını bildirmişdir.
Просмотров: 782 | Добавил: uneft | Дата: 25.09.2011

Kompleks Qazma İşləri Trestinin "Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi "Neft Daşları” yatağındakı 1887-ci özüldə 1846 nömrəli quyuda qazma işlərini başa çatdırıb. "Neft Daşları” NQÇİ-nin sifarişi ilə Qirməki üstü qumlu lay dəstəsinə qazılmış quyu 2453-2450 metr intervaldan sutkada 12 ton neft hasilatı ilə işləyir.
Просмотров: 569 | Добавил: uneft | Дата: 25.09.2011

İyunun 27-də ARDNŞ prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Neft Daşlarına səfər etmişlər. Səfərdə ARDNŞ rəhbərliyini "Azneft” İstehsalat Birliyi və Şirkətin digər idarə və müəssisələrinin başçıları müşayiət etmişlər. Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsini ziyarət etmiş, heykəlin önünə çiçək dəstələri qoymuşlar. Sonra ARDNŞ prezidenti və onu müşayiət edən şəxslər "28 May” NQÇİ-nin burada yerləşən Lay təzyiqinin saxlanılması sexində olmuş, köhnəlmiş hidrotexniki qurğuların demontaj edilməsi işləri ilə maraqlanmışlar. Şirkət prezidentinə məruzə edilmişdir ki, gəmilərin sərbəst şəkildə əraziyə yan alması və işləmələri üçün bu hissədə köhnə estakadalar sökülmüş, istismar olunan neft-qaz xətlərinin yeri dəyişdirilərək suyun altı ilə çəkilmişdir. R. Abdullayev bu işlərin sürətləndirilməsi məqsədi ilə müvafiq idarələrin rəhbərlərinə tapşırıqlar vermişdir. Sonra Neft Daşlarındakı qaz-lift quyularının qidalandırılması üçün quraşdırılmış separatorlara baxış keçirilmişdir. Burada ARDNŞ prezidentinə məlumat verilmişdir ki, Neft Daşlarındakı quyuların qaz-lift üsulu ilə daha səmərəli istismar olunması haqqında onun tapşırığına əməl edilmiş, bu məqsədlə mövcud separatorlardan istifadə etməklə tələb olunan əlavə qazın "Günəşli” yatağından nəql edilməsi məsələsi öz həllini tapmışdır. Yolüstü Sıxıcı Kompressor Stansiyasına baş çəkən ARDNŞ prezidentinə stansiyanın normal fəaliyyət göstərdiyi bildirilmişdir. Qeyd olunmuşdur ki, alçaq təzyiqli qazın sıxılaraq, yüksək təzyiq altında sahilə ötürülməsində bu stansiyanın rolu böyükdür. Daha sonra ARDNŞ rəhbərliyinin nümayəndələri "Günəşli” yatağında hasil olunan lay sularının təmizlənərək utilizə edilməsi məqsədi ilə tikilən yeni qurğunun inşası ilə tanış olmuşlar. Bildirilmişdir ki, "FL Smidth” şirkətinin istehsalı olan bu qurğu sutkada 3550 kubmetr lay suyunun neftdən və qumdan təmizlənərək 85 nömrəli meydançadan utilizasiya quyularına vurulması işini həyata keçirəcəkdir. 

Lay sularının təmizlənməsini ekoloji baxımdan yüksək qiymətləndirən R. Abdullayev qurğuda aparılan son tamamlama işlərinin ən qısa müddətdə başa çatdırılması üçün tapşırıqlar vermişdir. ARDNŞ rəhbərliyinin nümayəndələri Neft Daşlarındakı doqquzmərtəbəli yataqxana binasının əsaslı təmirdən sonra istifadəyə veriməsi mərasimində də iştirak etmişlər. Rəmzi qırmızı lenti kəsərək yataqxana sakinləri qarşısında çıxış edən R. Abdullayev 156 otaqdan ibarət 316 çarpayılıq bu yataqxananın istifadəyə verilməsi ilə Neft Daşlarındakı yataqxana korpuslarında aparılan təmir işlərinin müvəffəqiyyətlə başa çatdırıldığını söyləmiş və bu münasibətlə dəniz neftçilərini təbrik emişdir. Şirkət rəhbəri və onu müşayiət edən şəxslər yataqxananın otaqlarını gəzərək burada növbə ilə işləyən neftçilərin istirahəti və asudə vaxtının təşkili üçün yaradılmış şəraitlə tanış olmuşlar. Sonra ARDNŞ prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə istehsalat müşavirəsi keçirilmişdir. Müşavirəni giriş sözü ilə açan R. Abdullayev qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəniz yataqlarının beynəlxalq standartlar səviyyəsində işlənilməsini Şirkətin fəaliyyətinin prioritetlərindən biri kimi müəyyənləşdirilmişdir. Bu baxımdan "Neft Daşları” və "Palçıq Pilpiləsi” yataqlarının böyük potensiala malik olduğunu söyləyən ARDNŞ prezidenti işin effektiv təşkili məsələlərini xüsusi vurğulamışdır. "Neft Daşları” NQÇİ-nin rəisi Sərxan Babaşov 2011-ci ilin 5 ayı ərzində əldə olunmuş nəticələr haqda məruzə etmişdir. Məruzədə neft-qaz hasilatının sabit saxlanıldığı, plan və tapşırıqların vaxtında yerinə yetirildiyi qeyd edilmişdir. Məruzədə göstərilən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. ARDNŞ-nin Neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov, Kapital Qoyuluşları İdarəsinin rəisi Ağasəf Əliyev, "Azneft” İB-nin baş direktoru Daşqın İsgəndərov, ARDNŞ-nin Nəqliyyat İdarəsinin rəisi Rauf Vəliyev, Xəzər Dəniz Neft Donanmasının rəisi Mübariz Mədətov, "Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxtrəddin İsmayılov, "Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasov yeni özüllərin tikilməsi və genişləndirilməsi, hidrotexniki qurğuların yenilənməsi, dəniz akvatoriyasının təmizlənməsi və s. məsələlər üzərində ətraflı dayanaraq əldə olunan uğurlar və qarşıya çıxan çətinliklər haqda danışmışlar. Bildirilmişdir ki, NQÇİ-nin avtomobil parkının yenilənməsi, kran gəmiləri ilə təchizatı, ekoloji məsələlərin həlli məqsədi ilə görülən işlər öz bəhrəsini vermişdir. Neft Daşlarının sosial problemlərinin əksər qisminin həll olunduğu, "Əks-osmos” qurğusunun normal fəaliyyət göstərdiyi, ilin sonunadək 12 quyunun qazılmasına imkan verəcək yeni özülün tikilib istismara buraxılacağı qeyd edilmişdir. Müşavirəyə yekun vuran ARDNŞ prezidenti Rövnəq Abdullayev tikintisi davam etdirilən Qaz Turbin Elektrik Stansiyasında işlərin sürətləndirilməsi, "28 May” NQÇİ üçün yeni Sıxıcı Kompressor Stansiyasının, "Neft Daşları” NQÇİ üçün isə yeni kompressor stansiyasının inşa olunması, hasilatın artırılması istiqamətində fəaliyyətin intensivləşdirilməsinə dair göstərişlər vermişdir.
Material və şəkillər "www.socar.az" saytından götürülmüşdür.
Просмотров: 669 | Добавил: uneft | Дата: 11.08.2011

  1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar. Həmin gün Neft Daşları yatağının 942 m dərinliyindən Xəzər nefti fəvvarə vurdu. Qeyd etmək lazımdır ki, hələ XIX-cu əsrin əvvələrində (1798-1830-cu illər) Xəzər dənizindən (Bibi-Heybət) ilk neft alınmışdır. Ancaq sənaye istehsalı yalnız 1925-ci ildə başlamışdır. Belə ki, Bakı buxtasında dənizin bir neçə metr dərinliyində və ağac dirəklərin üstündə yerləşən cəmi bir quyu qazılmışdı. Sonralar Abşeron yarımadasının sahil zonasında neft və qaz ehtiyatları olan Pirallahi-Dəniz, Gürgən-Dəniz, Banka-Darvin yataqları işlənməyə başlamışdır. Düzdür, bu yataqları yalnız şərti olaraq, dəniz yataqları adlandırmaq olar, cünki öz başlanğıcını bunlar qurudan götürürlər. Neft Daşlarının (Bakının 110 km-də) isə quru ilə heç bir əlaqəsi yoxdur. Neft Daşlarının yerində olan daşlı, qayalı sahəni ram etmək cəhdi ilk dəfə 1948-ci il noyabrın 14-də hava şəraiti pis olan bir gündə olmuşdur. Bortunda Görkəmli neftçi-geoloq, bacarıqlı istehsalat təşkilatçısı. Respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Fəxri neftçisi, SSRİ dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor Ağa Qurban oğlu Əliyev, görkəmli Azərbaycan geoloqu Ə.Əliyev və buruq üzrə mütəxəssis, 1947-ci ildə yaranmış "Azneftkəşfiyyat” – təşkilatının rəhbəri S.Orucov olan kiçik bir gəmi ("Pobeda”) adacıqlara yaxınlaşdı və mütəxəssislər kiçik bir adaya düşdülər. Onlar burada ilk burğu qurğusunu və burğuçular briqadası üçün cəmi 14 m kv. olan evcik tikdilər.

7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 t hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsasını qoydu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdur.

     Sosialist Əməyi Qəhrəmanı, əfsanəvi Mixail Kaveroçkin 1949-cu il noyabrın 7-də neft verən ilk quyunu həmin bu sahədə qazımışdir. Qeyd etmək lazımdır ki, Neft Daşlarını fəth edənlərin bir çoxu 1951-ci ildə birinci dərəcəli SSRi Dövlət mükafatına layiq görüldülər.

Просмотров: 6229 | Добавил: uneft | Дата: 11.08.2011